Kiçik və Orta Biznesin İnkişaf Mərkəzləri

Xəbərlər

“Sığortanın tətbiqi” mövzusunda təlim təşkil olunacaq

İyulun 30-da Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən “Sığortanın tətbiqi” mövzusunda təlim keçiriləcək. 

 

Təlimdə Bakı KOBİM-in eksperti Məhəmməd Həsənli aşağıdakı mövzulardan danışacaq: 

- Sığorta nədir; 

- Sığorta üçün nə lazımdır; 

- Nələri sığortalamaq olar; 

- Sığorta növləri; 

- Sığorta vasitəçiləri; 

- Sığorta müqaviləsi bağlanan zaman nələrə diqqət etmək lazımdır; 

- Daşınmaz əmlakın icbari sığortası; 

- Sığorta qanunvericiliyi; 

- Nələr məcburi qaydada sığortalanmalıdır; 

- Sığorta hadisələri; 

- Sığorta məbləğləri və sığorta haqları. 

 

Saat 10:00-da keçiriləcək təlimdə iştirak etmək üçün KOB subyektləri (+994 70) 300 80 02 nömrəsi ilə əlaqə saxlaya və ya baki@kobim.az elektron poçt ünvanına müraciət edə bilərlər. Təlim ödənişsizdir.

Powered by Froala Editor