Xəbərlər
“Sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin əsasları” mövzusunda təlim keçiriləcək
İyulun 26-da Bakı KOB İnkişaf Mərkəzinin (KOBİM) təşkilatçılığı ilə “Sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin əsasları” mövzusunda təlim keçiriləcək.
Təlimdə Bakı KOBİM-in eksperti Elşad Şiriyev investisiya təşviqi sənədi, investisiya layihəsi üzrə tələb olunan sənədlər, biznes planın tərtib edilməsi, sənaye parkları, biznes inkubatorlar, KOB dostları, KOB evləri, "Startap" şəhadətnaməsi, ixracın dəstəklənməsi, aqrar dəstək mexanizmləri barədə məlumat verəcək.
Saat 10:00-da keçiriləcək təlimdə iştirak etmək istəyən KOB subyektləri (+994 70) 300 80 02 nömrəsi ilə əlaqə saxlaya və ya baki@kobim.az elektron poçt ünvanına müraciət edə bilərlər. Təlim ödənişsizdir.
Powered by Froala Editor