Xəbərlər
Unlu qənnadı məmulatları istehsalı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Sumqayıt şəhərində unlu qənnadı məmulatları istehsalı ilə məşğul olan sahibkarlıq subyektləri ilə görüş keçirilib.
Sentyabrın 30-da təşkil olunmuş görüşdə KOBİA-nın, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun, Qida Təhlükəsizliyi Agentliyinin və Abşeron KOB İnkişaf Mərkəzinin nümayəndələri iştirak ediblər.
Dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində təşkil olunmuş tədbirdə sahibkarlar tərəfindən unlu qənnadı məmulatlarının keyfiyyətli daşınması və saxlanılması, maliyyə resurslarına çıxış, kadr potensialının gücləndirilməsi və digər məsələlər müzakirə olunub. Görüşdə sahibkarların təklifləri dinlənilib, müvafiq qurumlar tərəfindən onları maraqlandıran suallar cavablandırılıb. Sahibkarlara qida məhsullarının daşınması zamanı temperatur rejiminə və digər müvafiq qaydalara əməl olunması, maliyyə resurslarına çıxışla bağlı Elektron Kredit Platformasından (www.e-edf.gov.az) istifadə, sahibkarlıq subyektlərinin əməkdaşlarının biznesyönümlü təlim və məsləhət xidmətləri üçün Abşeron KOB İnkişaf Mərkəzinə müraciət edə biləcəkləri və s. barədə məlumat verilib.
Powered by Froala Editor