Xəbərlər
Sumqayıt KOBİM-in dəstəyi ilə KOB subyekti təsis edilib
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) müxtəlif sektorlarda mikro, kiçik və orta sahibkarlıq subyektlərinin yaradılmasına dəstəyini davam etdirir. KOBİA-nın Sumqayıt KOB İnkişaf Mərkəzinin (Sumqayıt KOBİM) dəstəyi ilə dayə xidməti ilə məşğul olacaq yeni məhdud məsuliyyətli cəmiyyət (MMC) təsis edilib. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən xanımın müraciəti əsasında əvvəlcə o, Sumqayıt KOBİM tərəfindən ehtiyaclarına uyğun müxtəlif mövzularda təlimlərə və məsləhət xidmətlərinə cəlb olunub. Daha sonra xanım sahibkara öz biznesinə başlaması üçün MMC-nin qeydiyyatdan keçirilməsinə, şirkətin fəaliyyətini tənzimləyəcək müqavilə-hüquqi bazanın hazırlanmasına dəstək təmin edilib. Şirkətin fəaliyyəti zamanı yenidən ehtiyac yaranarsa Sumqayıt KOB İnkişaf Mərkəzi tərəfindən xanım sahibkara dəstək davam etdiriləcəkdir.
Qeyd edək ki, KOBİA-nın KOB inkişaf mərkəzləri tərəfindən biznesə başlamaq istəyənlərə və mövcud sahibkarlıq fəaliyyətini genişləndirmək istəyən biznes subyektlərinə ödənişsiz olaraq məsləhət, təlim, şəbəkələşmə xidmətləri, maliyyə resurslarına çıxış, beynəlxalq təcrübə proqramlarında iştirak və digər istiqamətlərdə dəstək göstərilir.
Powered by Froala Editor