Kiçik və Orta Biznesin İnkişaf Mərkəzləri

Xəbərlər

Xaçmaz KOBİM istehsal müəssisəsində qida təhlükəsizliyi standartlarına dair təlim keçib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzi tərəfindən şərab istehsalı ilə məşğul olan "Caspian Coast Winery and Vineyards" MMC-nin əməkdaşları üçün “İstehsal müəssisələrində qida təhlükəsizliyi sisteminin idarə edilməsində beynəlxalq təcrübə və sertifikasiyaya hazırlıq mərhələsi” mövzusunda təlim keçirilib.

İstehsal müəssisəsində təşkil edilmiş təlimdə şirkətin əməkdaşlarına qida təhlükəsizliyi üzrə qabaqcıl idarəetmə sistemləri və iş prosesinin bu tələblərə uyğun olaraq qurulması, audit fəaliyyəti, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən beynəlxalq sertifikatlaşdırma qurumlarının reyestrində şəxsi anketin yaradılması və s. barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Tədbir çərçivəsində həmçinin, müəssisənin ümumi istehsal sahəsinin ISO 9001:2015 tələblərinə uyğunluğuna baxış keçirilib.

Yaxın günlərdə “Caspian Coast Winery and Vineyards" MMC-yə ISO 22000:2018 (Qida Təhlükəsizliyi İdarətmə Sistemi) və ISO 9001:2015 (Keyfiyyətə nəzarət sistemi) üzrə sertifikatlaşdırılması üçün ekspert dəstəyi göstəriləcək, ehtiyac duyduğu digər təlimlərin keçirilməsi təmin olunacaqdır.

Powered by Froala Editor