Xəbərlər
Abşeron rayonunda sahibkarlarla görüş keçirilib
Görüşdə iş adamları ilə yeni təşəbbüslərə və təkliflərə dair müzakirələr aparılıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Abşeron rayonunda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.
Görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Agentliyin aidiyyəti struktur bölmələrinin rəhbərləri, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonda kənd təssərüfatı, tikinti, qida, mebel istehsalı və alternativ enerji sektorlarında fəaliyyət göstərən 120-dən çox KOB subyekti iştirak edib.
Tədbirdə sahibkarlara göstərilən dövlət dəstəyi tədbirləri və dəstək mexanizmləri, yeni çağırışlar, rayonun iqtisadi potensialı və biznes imkanları barədə məlumat verilib. Sahibkarların təklifləri və təşəbbüsləri əsasında dövlətin dəstəyi tədbirlərinin davam etdiriləcəyi qeyd olunub.
İş adamları ilə sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi, torpaqların təyinatının dəyişdirilməsi, Qarabağda yeni bizneslərin yaradılması, iri ticarət şəbəkələrinə çıxışa dəstək, yeni bazarlarla əlaqələrin qurulması, xarici ölkə sahibkarları ilə təcrübə mübadiləsinə dəstək, sənaye zonalarının imkanlarının artırılması, kommunal xidmətlər, biznes inkubatorların yaradılması, qadın və gənc sahibkarlar üçün yeni dəstək mexanizmlərinin formalaşdırılması kimi məsələlər barədə müzakirələr aparılıb.
Görüşdə həmçinin, sahibkarların çətinlikləri və təşəbbüsləri dinlənilib, sualları cavablandırılıb.
Powered by Froala Editor