Xəbərlər
KOBİA nümayəndələri arıçılıq məhsullarının sərgi-satış yarmarkasında olublar
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərliyi Nərimanov rayonunda fəaliyyət göstərən arıçılıq məhsullarının 23-cü Respublika Sərgi-Satış Yarmarkasını ziyarət edib.
KOBİA nümayəndələri yarmarkada satılan arıçılıq məhsulları ilə tanış olub, arıçılarla satışa, sahənin inkişafına və ehtiyaclarına dair söhbət ediblər.
Qeyd edək ki, yarmarka Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilir. Oktyabrın 22-dək davam edəcək yarmarkada Azərbaycanın bütün bölgələrindən təqribən 250 arıçı-fermerin 30 çeşiddə məhsulları satılır. Bu il yarmarkaya 95 tondan çox bal çıxarılıb.
Powered by Froala Editor