Xəbərlər
“Əmək qanunvericiliyi - işdən çıxma, işə qəbul, məzuniyyət” mövzusunda təlim keçiriləcək
Fevralın 25-də Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən “Əmək qanunvericiliyi - işdən çıxma, işə qəbul, məzuniyyət” mövzusunda maarifləndirici təlim keçiriləcək.
Bakı KOBİM-in təlimçi-eksperti Sevinc Qarakişiyeva aşağıdakı mövzulardan danışacaq:
- İşçilərin işə qəbulunun səmərəli üsul və metodikası;
- Müsahibələrin həyata keçirilməsi və namizədlərin seçilməsi;
- Əmək müqaviləsinin bağlanmasının əsasları və qaydaları;
- Əmək müqaviləsi ilə sınaq müddəti.
Saat 10:00-da “Bakı KOB evi”ndə keçiriləcək təlimdə iştirak etmək istəyənlər (+994 70) 300 80 02 nömrəsi ilə əlaqə saxlaya və ya baki@kobim.az elektron poçt ünvanına müraciət edə bilərlər.
Təlim ödənişsizdir.
Powered by Froala Editor