Xəbərlər
“Biznesdə ekoloji, sosial və korporativ idarəetmə prinsiplərinin tətbiqi və əhəmiyyəti" mövzusunda təlim keçiriləcək
Fevralın 25-də Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Biznesdə ekoloji, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin tətbiqi və əhəmiyyəti " mövzusunda maarifləndirici təlim keçiriləcək.
Təlimdə Bakı KOBİM-in eksperti Dilşad Əhədova aşağıdakı mövzulardan danışacaq:
- Biznes nədir?
- ESG (ətraf mühit (ekoloji), sosial sahə, korporativ idarəetmə) nədir?
- Ekoloji və sosial prinsiplər;
- Korporativ idarəetmə və onun əhəmiyyəti.
Saat 14:00-da “Bakı KOB evi”ndə keçiriləcək təlimdə iştirak etmək istəyənlər (+994 70) 300 80 02 nömrəsi ilə əlaqə saxlaya və ya baki@kobim.az elektron poçt ünvanına müraciət edə bilərlər.
Təlim ödənişsizdir.
Powered by Froala Editor