Kiçik və Orta Biznesin İnkişaf Mərkəzləri

Xəbərlər

“Sığorta” mövzusunda təlim keçiriləcək

Fevralın 20-də Bakı KOB İnkişaf Mərkəzi tərəfindən “Sığorta” mövzusunda maarifləndirici təlim keçiriləcək.
 
“Bakı KOB evi”ndə keçiriləcək təlimdə ekspert Məhəmməd Həsənli aşağıdakı mövzulardan danışacaq:

 - Sığorta nədir;
 - Sığorta üçün nə lazımdır;
 - Sığorta növləri;
 - Sığorta vasitəçiləri;
 - Sığorta müqaviləsi bağlanan zaman nələrə diqqət edilməlidir;
 - Daşınmaz əmlakın icbari sığortası;
 - Sığorta qanunvericiliyi;
 - Nələr məcburi qaydada sığortalanmalıdır;
 - Nələr sığortalana bilməz;
 - Sığorta hadisələri;
 - Sığorta məbləğləri və sığorta haqları.
 
Saat 10:00-da keçiriləcək təlimdə iştirak etmək istəyənlər (+994 70) 300 80 02 nömrəsi ilə əlaqə saxlaya və ya 
baki@kobim.az elektron poçt ünvanına müraciət edə bilərlər.

Təlim ödənişsizdir.

Powered by Froala Editor