Kobim
Haqqımızda

Mikro, kiçik və orta sahibkarların bilik və bacarıqlarının artırılması, innovasiyalara çıxışının genişləndirilməsi, müasir çağırışlara uyğun təlimlərin təşkili və praktik məsləhət xidmətlərinin göstərilməsi biznesin qurulması və inkişafı üçün əhəmiyyətlidir.
Bu məqsədlə ölkənin müxtəlif şəhər və rayonlarında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxil olan KOB İnkişaf Mərkəzləri (KOBİM) fəaliyyət göstərir.
KOBİM-lər sahibkarlara, startaplara həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərə xidmət göstərir.
KOBİM-lərdə müxtəlif istiqamətlər üzrə təcrübəli və peşəkar ekspertlər tərəfindən təlim və seminarlar keçirilir, fərdi və qrup halında məsləhət xidmətləri göstərilir, KOB-ların şəbəkələşməsinə, beynəlxalq proqramlarda iştirakına, maliyyə resurslarına çıxışına və s. dəstək təmin olunur.
Mərkəzlərdə həmçinin, innovativ sahibkarlığa, startaplara və ailə biznesinə dəstək göstərilir, qadınlar, əlilliyi olan şəxslər və gənclər arasında sahibkarlığın təşviqi, KOB-ların məlumatlandırılması istiqamətində digər tədbirlər həyata keçirilir.
KOBİM-lərdə göstərilən bütün xidmətlər ödənişsizdir.