Kiçik və Orta Biznesin İnkişaf Mərkəzləri

İdarəetmə

KOBİM-lərin idarə edilməsi

KOBİM-lərin fəaliyyətinin təşkili müxtəlif operator şirkətlərə həvalə edilmişdir. Dövlət tərəfindən sahibkarların bilik və bacarıqlarının artırılması göstərilən xidmətlərin özəl sektorun özü tərəfindən təşkili edilməsi beynəlxalq təcrübədə geniş tətbiq edilən bir mexanizmdir.  KOBİA KOBİM-lərin fəaliyyətini təşkil edərkən, beynəlxalq təcrübəni geniş öyrənmiş və qarşıda duran əsas məqsəd nəticəyönümlü və davamlı olacaq bir mexanizm təmin etməkdir. Bu cür mexanizm eyni zamanda bir neçə hədəfə nail olmağa imkan yaradır:

1) Dövlət-özəl tərəfdaşlıq mexanizminin inkişafı;

2) Təlim prosesinin idarə olunmasına peşəkarların cəlbi;

3) Prosesdə davamlılığın və dayanıqlığın təmin edilməsi.  

Özəl sektorun özü sahibkarların bilik və bacarıqlarının artırlması istiqamətində nəticəyönümlü fəaliyyətiləri daha yaxşı və çevik təşkil edə, həmçinin qarşıya qoyulan hədəflərə daha tez nail ola bilər. Ümumilikdə gələcəkdə özəl sektorun dövlət xidmətlərinin təşkilində rolunun genişləndirilməsi həm sektorun özünün inkişafının təmin edilməsini həm dövlət qurumları tərəfindən təqdim edilən xidmətlərin kefiyyətini artıra bilər.