Kiçik və Orta Biznesin İnkişaf Mərkəzləri

Təlim xidmətləri

Təlim xidmətləri

Müasir dövrdə biznesin fəaliyyətinə təsir göstərən daxili və xarici mühit dinamik və rəqabətcil struktura malikdir. Bu səbəbdən müəssisələr uzun müddət ayaqda qala bilmək, rəqabət qabiliyyətini qoruyub saxlamaq, qarşıya qoyulmuş hədəflərə istiqamətlənərək fəaliyyətini davam etdirmək məqsədilə ətraf mühitə uyğunlaşmalıdır. Günümüzün iş dünyası şirkətləri yaradıcılığa, məsələlərə daha innovativ yanaşmağa, yeniliyə qarşı elastik olmağa sövq edir. Müəssisələr qoyulan tələbləri yerinə yetirmək məqsədilə idarəetmə fəlsəfəsi, təşkilati mədəniyyət, kadr siyasəti kimi köklü məsələlərdə yeni yanaşmaları nəzərə alaraq müəyyən dəyişikliklər etməli olur. Kadrlar onlara verilən təlimlərin nəticəsində işin tələblərinə uyğun keyfiyyətlərə sahib olduqları zaman iş performanslarını artıraraq qısa zaman ərzində yüksək məhsuldarlıq əldə edirlər.

Təlim və inkişaf siyasətimizin əsas məqsədi KOB-ların strateji hədəflərinə uyğun təlimə olan ehtiyacları müəyyənləşdirərək  onların biliklərinin sistemli şəkildə yenilənməsini və fəaliyyət istiqamətlərinə uyğun praktiki səriştələri əldə etmələrini təmin etməkdir.

Tәlim və məsləhət xidmәtlәrimiz biznesin başlanması üçün zәruri istiqamәtlәrdә tәtbiqi sәriştәlәrin aşılanmasına yönәlmiş tәdris proqramına әsasәn hәyata keçirilir. 

Təlim xidmətləri sahəsində:

  • Biznesə başla;
  • Soft skils (yumşaq bacarıqlar);
  • Layihə idarəetmə;
  • Maliyyənin idarə edilməsi;
  • Korporativ hüquq;
  • Satış;
  • Marketinq;
  • Rəqəmsal bacarıqlar.

Məsləhət xidmətləri sahəsində:

  • Satış kanallarına çıxışa dəstək;
  • Marketinq məsləhətləri;
  • Biznes planlaşdırma & modelləşdirmə;
  • Mühasibatlıq xidmətləri;
  • Hüquq xidmətləri.