Xəbərlər
“Sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin əsasları” mövzusunda təlim keçiriləcək

Dekabrın 8-də KOBİA-nın Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən “Sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin əsasları” mövzusunda maarifləndirici təlim keçiriləcək.
Təlimdə Bakı KOBİM-in təlimçi-eksperti Elşad Şiriyev aşağıdakı mövzulardan danışacaq:
- İnvestisiya təşviqi sənədi nədir;
- İnvestisiya layihəsi üzrə tələb olunan sənədlər;
- İnvestisiya layihəsi üzrə güzəştlər və meyarlar;
- Biznes planın tərtib edilməsi üzrə metodiki tövsiyələr;
- Sənaye parkları;
- Biznes inkubatorlar;
- KOB dostları;
- KOB evləri;
- “Startap” şəhadətnaməsi;
- İxracın dəstəklənməsi;
- Aqrar dəstək mexanizmləri və s.
Saat 10:00-da keçiriləcək təlimdə iştirak etmək üçün KOB subyektləri (+994 70) 300 80 02 nömrəsi ilə əlaqə saxlaya və ya baki@kobim.az elektron poçt ünvanına müraciət edə bilərlər.
Powered by Froala Editor