Xəbərlər
“Marketinqin əsasları və satışın təşkili” mövzusunda təlim keçiriləcək
İyulun 20-də Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən “Marketinqin əsasları və satışın təşkili” mövzusunda təlim təşkil olunacaq.
Təlimdə Bakı KOBİM-in eksperti Namiq Bayramov aşağıdakı mövzulardan danışacaq:
- Marketinq nədir;
- Marketinq miks anlayışı;
- Brendin marketinqdə əhəmiyyəti;
- Marketinqin kommunikasiya əməliyyatları;
- Satış və onun təşkili prosesi;
- B2C, B2B və B2G satışın təşkili xüsusiyyətləri.
Saat 14:00-da keçiriləcək təlimdə iştirak etmək istəyən KOB subyektləri (+994 70) 300 80 02 nömrəsi ilə əlaqə saxlaya və ya baki@kobim.az elektron poçt ünvanına müraciət edə bilərlər. Təlim ödənişsizdir.
Powered by Froala Editor