Xəbərlər
“Korporativ idarəetmənin əsasları” mövzusunda təlim keçiriləcək
İyunun 23-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Bakı KOB İnkişaf Mərkəzinin (KOBİM) təşkilatçılığı ilə “Korporativ idarəetmənin əsasları” mövzusunda təlim keçiriləcək.
Bakı KOBİM-in təlimçi-eksperti Asif İbrahimov aşağıdakı mövzulardan danışacaq:
- İdarəetmədə səlahiyyətlərin ötürülməsi;
- Qərar qəbulu;
- Səhmdarların əməkdaşlığı;
- Korporativ idarəetmənin tətbiqinin səmərəliliyi.
Saat 10:00-da keçiriləcək təlimdə iştirak etmək üçün (+994 70) 300 80 02 nömrəsi ilə əlaqə saxlaya və ya baki@kobim.az elektron poçt ünvanına müraciət edə bilərsiniz.
Qeyd edək ki, KOBİM-lər tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Powered by Froala Editor