Kiçik və Orta Biznesin İnkişaf Mərkəzləri

Xəbərlər

“Dövlət satınalmalarının əsasları” mövzusunda təlim keçiriləcək

İyulun 22-də Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən “Dövlət satınalmalarının əsasları” mövzusunda təlim keçiriləcək. 

 

Təlimdə aşağıdakı mövzulardan danışılacaq: 

 

- Dövlət satınalmaları sahəsində mövcud qanunvericiliyin və ona edilmiş dəyişikliklərin izahı; 

- KOB-ların dövlət satınalmalarında iştirakı; 

- Elektron satınalmaların təşkili; 

- Dövlət satınalmalarının metodları və onların tətbiqi şərtləri; 

- Tenderə dair əsas şərtlərin və sənədlər toplusunun hazırlanması; 

- Müqavilələrin idarə olunması;                          

- Satınalma mütəxəssislərinin maarifləndirilməsi və praktiki biliklərinin artırılması. 

 

Saat 10:00-da keçiriləcək təlimdə iştirak etmək üçün (+994 70) 300 80 02 nömrəsi ilə əlaqə saxlaya və ya baki@kobim.az elektron poçt ünvanına müraciət edə bilərsiniz.

 

Powered by Froala Editor